“Çin ABŞ üçün ciddi hərbi təhdiddir” - Pompeo

  07 Fevral 2019    Oxunub : 1042
 “Çin ABŞ üçün ciddi hərbi təhdiddir” - Pompeo
ABŞ-ın həm demokrat, həm də respublikaçı administrasiyaları Çinin Amerika milli təhlükəsizliyinə yaratdığı təhdidləri ciddiyə almırdılar, amma indi prezident Donald Tramp Çinin “ticari təcavüzünə” aktiv şəkildə müqavimət göstərir.
Azvision.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo “Fox Business” telekanalına müsahibəsində deyib.

“Biz bütün cəhbələr üzrə cavab veririk. Hərbi nöqteyi-nəzərdən öz hərbi imkanlarımızı artırırıq. Bu il hərbi büdcəmiz 700 milyard dolları keçib. Bunun sayəsində bizim gücümüzü dizayn etmək qabiliyyətimiz, potensialımız var” – Pompeo bildirib.

ABŞ dövlət katibi onu da xüsusilə vurğulayıb ki, ötən il Çin, ümumilikdə götürdükdə, dünyanın qalan hissəsindən daha çox ballistik raket sınağı keçirib. Bu isə o deməkdir ki, Çin özündə ABŞ-q qarşı ciddi hərbi təhdid ehtiva edir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Pompeo   Çin   ABŞ