Qırğızıstanda ikinci rus hərbi bazası yerləşdirilməyəcək

Qırğızıstanda ikinci rus hərbi bazası yerləşdirilməyəcək
  07 Fevral 2019    Oxunub:1722
Qırğızıstan ölkənin cənubunda ikinci rus hərbi bazasının açılması məsələsini nəzərdən keçirmir.
Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Damir Saqınbayev jurnalistlərə açıqlamasında deyib.

“Bu məsələ nə prezident səviyyəsində, nə də ki Təhlükəsizlik Şurası səviyyəsində nəzərdən keçirilir”, – Saqınbayev vurğulayıb.

Bundan əvvəl isə Qırğızıstan prezidenti Sooronbay Jeenbekov ölkə ərazisində Rusiyanın əlavə hərbi baza açmasına ehtiyac olmadığını bildirmişdi.

Qeyd edək ki, Rusiyanın Qırğızıstanın şimalında Çuy əyalətindəki “Kant” aviabazası 2003-cü ildə açılıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Qırğızıstan   Rusiya  





Xəbər lenti