Jirinovski Qafqaz barədə: `Peşmanam, amma...`

Jirinovski Qafqaz barədə: `Peşmanam, amma...`
  12 Noyabr 2013    Oxunub:1088
` Sadəcə dediklərim yanlış anlaşılıb`.
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski, Qafqazdakı vəziyyət haqqında söylədiyi fikirlərinin başa düşülməməsindən təəssüflənir. AzVision.az Ria-Novostiyə istinadən xəbər verir ki, Dövlət Dumasında keçirilən plenar iclasda o, "Təəssüf edirəm, amma yenə də mən haqlıyam"- deyib.

"Təəssüflənirəm , amma deməliyəm ki , əksəriyyət məni dəstəkləsədi. Verilişdə danışarkən qanun çərçivəsində görülən tədbirləri nəzərdə tuturdum. "Tikanlı məftil" termini blokpostlardır. Sözlərimin hamısı yalnız cinayətkarın tutulması üzrə əməliyyatın keçirilməsi ilə bağlıdır. Sadəcə dediklərim yanlış anlaşılıb".

Doğum sayına nəzarət haqqında fikirlərə gəlincə, Jirinovskinin sözlərinə görə, o, beynəlxalq təcrübə haqqında danışıb, bunun Rusiya Federasiyasına uyğun olduğunu deməyib.

Xatırladaq ki, Vladimir Jirinovski televiziyada çıxışı zamanı terrorçuluğun profilaktikası üçün Şimali Qafqazda əhali artımına nəzarətin gücləndirilməsini və bu bölgənin Rusiyanın qalan hissəsi ilə tikanlı məftillərlə ayrılmasını təklif etmişdi. Bu ifadələr kəskin etirazlara səbəb olub.

S. Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti