“Klaustrofoblar” filmi “CinemaPlus”da

  07 Fevral 2019    Oxunub : 522
“Klaustrofoblar” filmi “CinemaPlus”da
“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” kinoteatrında premyeradan 2 gün öncə “Klaustrofoblar” psixoloji trillerin nümayişi baş tutub.
Azvision.az xəbər verir ki, kinoteatr növbəti dəfə öz dekorasiyası ilə qonaqları təəccübləndirib. Filmdə istifadə olunan kvest formatında qapalı məkanı imitasiya edən, içində halqalar şəffaf qutu formasında qeyr-adi dekorasiya quraşdırılıb. Qonaqlar və tamaşaçılar böyük məmnunniyyətlə xatirə şəkilləri və selfi çəkdiririblər.

Nümayişə müxbirlərdən əlavə, həmçinin məşhur ifaçılar, şoumenlər və bloggerlər dəvət olunub.
Filmin rejissoru Adam Robitel “Klaustrofoblar”larda əsas rollardan birini oynayıb.
Rollarda: Debora Enn Uoll, Taylor Labin, Teylor Rassel, Loqan Miller, Nik Dodani, Adam Robitel, Cessika Satton, Cey Ellis, Ceymi-Li Mani və Vere Tindale.



Süjetin mərkəzində - bir-birilərini tanımıyan altı nəfər gəncin əhvalatıdır, hansılara ki, bir milyon dollar mükafatı olan kvestdə iştirak təklif olunub. İştirakçılar otaqdan çıxmalıdırlar, lakin tezliklə anlayırlar ki, yüksək texnoloji tələlər ilə dolu olan labirintə düşüblər. Qəhrəmanlar öz fərasətlərini və dözümlüklərini göstərməlidirlər, çünki mərcdə həyatlarıdır. Nəticədə sağ qalmaq uğrunda tamamilə təsəvvür olunmaz döyüş başlayır.
Tədbirin təşkilində dəstək göstərmişdilər: Claustrophobia Baku kvesti və Red Bull.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.



Azvision.az



Teqlər: CinemaPlus