Məmmədov Azərbaycan çempionu oldu
Qalibləri Sinkleyr cədvəlinə əsasən müəyyən ediblər. Toplam 190 kiloqram (88+102) nəticə göstərən Tehran Məmmədov rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yerə toplam 176 kiloqram (79+97) nəticə ilə Əvəz Tağıyev, üçüncü yerə isə toplam 161 kiloqram (71+90) nəticə ilə İsmayıl Qəmbərzadə çıxıb.
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100 - dək atlet qüvvəsini sınayır.
Çempionatın keçirilməsi idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirməyi bacaran idmançıların seçilməsi, habelə kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi, onların qarşıdakı beynəlxalq yarışlara hazırlanması məqsədi daşıyır.
Azvision.az
Teqlər: Atletika