Petrosyan da mart hadisələrinə görə dindirildi

 Petrosyan da mart hadisələrinə görə dindirildi
  08 Fevral 2019    Oxunub:1947
2008-ci ilin martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü, 250 nəfərin yaralanması və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da itintaqa çağırılaraq ifadəsi alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Petrosyanın mətbuat katibi Arman Musinyan məlumat verib. Onun sözlərinə görə, Ermənistan Xüsusi İstintaq Xidmətinə çağırılan Petrosyan şahid qismində 1,5 saat dindirilib.

Qeyd edək ki, eyni cinayət işi üzrə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan da 4 və 7 fevral tarixlərində Xüsusi İstintaq Komitəsində müvafiq olaraq 5 və 4 saat ifadə verib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti