Ayətullahın milyardları

Ayətullahın milyardları
  12 Noyabr 2013    Oxunub:1345
Reuters Ayətullah Xomneyinin səhmlərini 95 milyard dollarla qiymətləndirib.

Reuters yarım illik araşdırmalarının nəticəsini açıqladığı hesabat yayıb. Hesabatda Xomneynin bütün səhmləri və gəlirlərinin idarə olunması haqqında məlumat verilib.

Qeyd olunub ki, Xomneyinin səhmləri İran iqtisadiyyatında irihəcmli paya malik Setad (“İmamların əmrlərinin icrası Mərkəzi (Headquarters for Executing the Order of the Imam) şirkəti tərəfindən idarə olunur. Qurumun daşınmaz əmlak sahəsində səhmləri 52 milyard, İran müəssisələrindəki səhmləri isə 43 milyard dollar dəyərindədir. Bu isə İranın neft ixracından əldə etdiyi gəlirlərdən 40% çoxdur.

Setad-ın gəlirlərinin çoxu 1979-cu ildə İranı tərk etmiş vətəndaşlardan müsadirə edilmiş əmlak hesabına əldə olunub. Setad şirkəti məhkəmə iddialarından mühafizə olunur. 2013-cü ildə şirkət ümumi dəyəri bir neçə milyard dollar təşkil edən 300 torpaq sahəsi satışa çıxarıb.

Şirkətə `Setad` adını da elə 1989-cu ildə Ayətulla Xomneyi verib.

Qurumun başlıca məqsədi xeyriyyəçilik, veteranlar və kasıblara yardım olduğu bildirilir. Fəaliyyət müddəti 2 il nəzərdə tutulsa da qurum hazırda xeyriyyə fəaliyyətini davam etdirir. Setadın fəaliyyətinin əsl məqsədi hələ də dəqiq müəyyən olunmayıb.

Qeyd edək ki, Sedat-in rəsmi nümayəndəsi Reuters-in təqdim etdiyi məlumatların həqiqətə uyğun olmadığını deyir.

AzVision.az


Teqlər:  





Xəbər lenti