45 saat uçqun altında qalan 16 yaşlı oğlan xilas edilib

  08 Fevral 2019    Oxunub : 932
 45 saat uçqun altında qalan 16 yaşlı oğlan xilas edilib
İstanbulun Kartal bölgəsində çökən yaşayış binasının dağıntıları altında qalan 16 yaşlı oğlan xilas edilib. O, dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, 45 saat uçqun altında qalan gəncin vəziyyətinin ağır olduğu bildirilir. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, hadisə fevralın 6-da baş verib. Uçqun nəticəsində indiyədək 12 nəfərin öldüyü təsdiqlənib.

Azvision.az

Teqlər: İstanbul   Uçqun