Daha 2 jurnalistə vəzifə verildi

  08 Fevral 2019    Oxunub : 1925
 Daha 2 jurnalistə vəzifə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daha 2 jurnalistə vəzifə verilib.
Azvision.az xəbər verir ki, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi vəzifəsinə Aynur Osmanqızı təyinat alıb.



ƏƏSMN-in yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin mətbuat katibi vəzifəsinə isə Gülnar Əzizova təyin edilib.



Hazırki vəzifəsinə qədər A.Osmanqızı “Report” İnformasiya Agentliyinin müxbiri, G.Əzizova isə CBC telekanalında “Xəbər” proqramının aparıcısı və müxbiri kimi fəaliyyət göstərib.

Azvision.az

Teqlər: ƏƏSMN   Jurnalist   Mətbuat