Gürcüstan prezidentini qulaq kəsərək hədələdilər
Gürcüstanın yeni prezidenti Qeorqi Marqvelaşvilinin Zuqdididəki malikanəsinin yaxınlığında polis patrulu Qoqa Ançabadze yaxınlıqda yaşayanlardan kömək istəyərkən tapıblar. Şahidlərdən birinin Sofo Nodianın sözlərinə görə, o bir qulağı kəsilmiş, büsbütün qan içində olub. Əynində paltarı olmayıb. Nodia bildirib ki, onu belə bir vəziyyətdə mikroavtobusdan çölə, prezidentin malikanəsinin yaxınlığına atıblar. Bu barədə AzVision.az “Qruzia Online” istinadən məlumat verir.
Ançbadze Gürcüstanın “Respublika xəstəxanası”na aparılıb. Xəstəxananın meneceri Nikoloz Çedianın sözlərinə görə, o, reanimasiyaya yerləşdirilib. Çedia həmçinin deyib ki, Ançabadzenin bədənində ülgüc yaraları müşahidə edilir, və ayaqları sınıb.
Hazırda Ançabadzenin vəziyyəti dəyişməz ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, baş vermiş hadisə Gürcüstanda böyük rezonansa səbəb olub. Hadisəni şərh edən ekspertlər isə vəziyyəti birmənalı olaraq qarşılamayıblar. Bəzi ekspertlərin fikrincə, insident məqsədli şəkildə həyata keçirilib. Yəni, polisin qulağını kəsənlər onu məhz Marqvelaşvilinin malikanəsinin qabağına atmaqla prezidentə hədə- qorxu gəlmək istəyiblər.
Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Prezidentin malikanəsi ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Faktla bağlı araşdırmalar davam edir. Axtarışlar nəticəsində ərazidə zərərçəkənə aid polis patrulu forması da tapılıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi isə hələlik vəziyyətlə bağlı heç bir açıqlama vermir.
Səbinə Həsənova
AzVision.az