Ermənistanda uşaqlara qarşı seksual zorakılıq halları artıb
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, 2018-ci ildə azyaşlılara qarşı cinayət əməllərinin sayı 317 olub ki, halbuki 2017-ci ildə bu rəqəm 265 təşkil edib.
Ağır cinayətlər sırasında azyaşlıların oğurlanması üzrə 10 cinayət işi qaldırılıb. Bundan başqa, iki azyaşlının öz anaları tərəfindən öldürülməsi və uşaqların orqan alverinin qurbanı olması faktları üzrə də istintaqlar aparılır.
İstintaq Komitəsinin məlumatını şərh edən ekspertlər bildiriblər ki, uşaqlara qarşı cinayətlərin sayının artması ölkədəki sosial vəziyyətin ağır olması ilə əlaqədardır.
Azvision.az
Teqlər: Ermənistan Cinayət