Deputat canlı yayımda Nəsirovun üstünə su atdı - VİDEO

  08 Fevral 2019    Oxunub : 2504
Deputat canlı yayımda Nəsirovun üstünə su atdı - VİDEO
Ukraynanın ZİK telekanalının efirində deputat Sergey Şaxovla Dövlət Fiskal Xidmətinin sabiq rəhbəri, prezidentliyə azərbaycanlı namizəd Roman Nəsirov debata çıxıb.

Azvision.az xəbər verir ki, canlı yayımda sosial ödənişlər və maaşlar barədə müzakirələr zamanı opponentlər arasında gərgin anlar yaşanıb.
Nəsirov deyib ki, bir il ərzində ölkədə minimum əməkhaqqı artaraq 15 min qriven, pensiyalar isə 5 min qriven ola bilər.

Buna cavab olaraq deputat "Siz maaşlar, pensiyalar haqqında danışmısınız. Hansı hakimiyyətdə çalışmısınız?”,- deyib.

Nəsirovun "yaxşı ki, soruşdunuz” deyə cavab verməsi Şaxovu özündən çıxarıb. O, "sizə sərinləmək lazımdır” deyərək masanın üstündəki suyu prezidentliyə namizədə atıb.



Azvision.az

Teqlər: Ukrayna   Nəsirov