Trampla Kimin ikinci görüşü Hanoyda keçiriləcək

Trampla Kimin ikinci görüşü Hanoyda keçiriləcək
  09 Fevral 2019    Oxunub:2349
Şimali Koreya lideri ilə ABŞ prezidentinin ikinci görüşü fevralın 27-28-də Hanoyda keçiriləcək.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika prezidenti Donald Tramp "Twitter" hesabında yazıb.

"Mənim nümayəndələrim olduqca məhsuldar görüşdən və Kim Çen In ilə ikinci sammitin keçirilmə vaxtını və tarixini razılaşdırdıqdan sonra yenicə Şimali Koreyanı tərk ediblər. O, fevralın 27-28-də Hanoyda, Vyetnamda baş tutacaq", - deyə Tramp bildirib.

Azvision.az



Teqlər: ABŞ   Tramp  





Xəbər lenti