Admiral Rusiya və Çinə qarşı “hücuma keçin” çağırışı etdi

  09 Fevral 2019    Oxunub : 1115
Admiral Rusiya və Çinə qarşı “hücuma keçin” çağırışı etdi
ABŞ hərbi dəniz qüvvələrinin admiralı, hərbi dəniz əməliyyatlarına rəhbərlik edən Con Riçardson prezident Donald Tramp administrasiyasını Rusiya və Çinə qarşı hücuma keçməyə çağırıb.

Azvision.az “Business Insider”ə istinadən xəbər verir ki, Riçardson bunu Atlantik Şurasındakı çıxışında deyib.
Bildirib ki, dünyada artan təhdidlər fonunda ABŞ-ın Rusiya və Çinə münasibətdə daha çox aqressiya nümayiş etdirməsi vacibdir. O, həmçinin, Rusiyanı Azov dənizinə çıxışı bloklamaqda və Aralıq dənizinin şərqində özünün hərbi-dəniz iştirakını artırmaqda ittiham edib.

Amerikalı admiral onu da vurğulayıb ki, Moskvanın Azov dənizindəki davranışlarına görə Rusiyaya birinci zərbəni vuran Vaşinqton olmalıdır.

“Rusiya başlıca su magistralları üzərində nəzarətini gücləndirdikdən sonra, ABŞ üçün ilk zərbəni vurmağın vaxtı çatıb. ABŞ təkcə cavab verməyi yox, həm də bir neçə regionda özü hücuma keçməyi düşünməlidir. Hesab edirəm ki, rəqibimiz olan Rusiyanı ilk addımlarımıza reaksiya verməyə məcbur etməyimiz çox yaxşı olardı. Hərdən lövhənin ağ tərəfində (şahmatda) oynamağın özü də bir üstünlükdür”, – deyə Riçardson vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Rusiya   Çin   ABŞ