Erməni hərbçi qəza törətdi: Ölən və yaralılar var

  09 Fevral 2019    Oxunub : 1937
 Erməni hərbçi qəza törətdi: Ölən və yaralılar var
Ermənistanda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qəza İrəvan-Gümrü yolunun 50-ci km-də qeydə alınıb. Belə ki, yüksək sürətlə hərəkət edən "Nissan X-Trail" markalı avtomobil aşıb. Nəticədə bir nəfər ölüb, dörd nəfər yaralanıb.


Qəza zamanı yaralanan sürücü, 45 yaşlı Artem.Q Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edir. Dünyasını dəyişən 45 yaşlı sərnişin Alvard Baqdasaryan isə hərbçinin qohumudur. Yaralılar xəstəxanaya aparılıb.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Qəza   Erməni