Güclü külək təyyarəni enməyə qoymadı - VİDEO

Güclü külək təyyarəni enməyə qoymadı -  VİDEO
  09 Fevral 2019    Oxunub:1984
“British Airways” aviaşirkətinə məxsus sərnişin təyyarəsi güclü külək səbəbindən Londondakı “Hitrou” hava limanında eniş edə bilməyib.
Azvision.az xəbər verir ki, “Big Jet TV”də yayımlanan kadrlarda pilotların, demək olar ki, təyyarəni yerə endirməyə müvəffəq olduqları, lakin güclü küləyin bu prosesi başa çatdırmağa imkan vermədiyi görünür. Nəticədə, şiddətli küləyə qalib gələ bilməyən təyyarə yenidən havaya qalxmağa məcbur olub.



Qeyd edək ki, həftəsonu Böyük Britaniyada “Erik” qasırğası tüğyan edir. Sinoptiklərin proqnozuna görə, bəzi regionlarda küləyin sürəti saniyədə 31 metrə çata bilər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Britaniya  





Xəbər lenti