Səudiyyə “qara siyahı”ya salındı

Səudiyyə “qara siyahı”ya salındı
  09 Fevral 2019    Oxunub:2557
Avropa İttifaqı (Aİ) Səudiyyə Ərəbistanını terrorizmin sponsoru və çirkli pulların yuyulması ilə mübarizədə uğursuz olan ölkələr siyahısına salacaq.

Azvision.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.
Qeyd olunur ki, Avropa Komissiyası çirkli pulların yuyulması ilə mübarizədə olduqca pis nəticə göstərən 20-dən çox ölkənin yer aldığı yenilənmiş siyahını artıq tamamlamaq üzrədir.

Ər-Riyadın qanunsuz pul dövriyyəsi ilə mübarizəsində “strateji çatışmazlıqlar” olduğunu bildirən Aİ-nın həmin siyahıya Səudiyyə Ərəbistanının da adını salacağı deyilir. Eyni zamanda, Səudiyyə terrorizmi maliyyələşdirən ölkələr sırasına daxil ediləcək.

Bununla da, Aİ qanunlarına uyğun olaraq, Avropa bankları Səudiyyədən gələn maliyyə vəsaitlərinin daha geniş və ciddi nəzarət-yoxlanışını aparmağa məcbur olacaqlar.

Həmçinin, qeyd olunub ki, Avropa Komissiyasının bu qərarına Almaniya, Fransa və Böyük Britaniya qarşı çıxıblar.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   Avropaİttifaqı  





Xəbər lenti