Paşinyanın inqilabı heç nəyi dəyişmədi: “Erməni xalqı artıq bezib”

Paşinyanın inqilabı heç nəyi dəyişmədi:  “Erməni xalqı artıq bezib”
  09 Fevral 2019    Oxunub:2698
Ermənistanda “məxməri inqilab” yolu ilə hakimiyyət dəyişsə də, əhali hələ də inqilabın gətirməli olduğu “rifahı” və administrativ qurumların “şəffaflığını” dadmayıb.

Azvision.az xəbər verir ki, bunu Ermənistanın nüfuzlu “Jamanak” qəzeti yazıb.
Qeyd olunur ki, Ermənistanın Armavir əyalətinin icra hakimiyyəti, demək olar ki, hər gün sakinlər tərəfindən blokadaya alınır.

“Aykaşen, Arşaluys və Vardaşen kəndlərinin sakinləri əyalətin icra orqanının binasını əhatəyə alaraq, öz kəndlərinin administrativ rəhbərlərinə münasibətdə ciddi tədbirlər görülməsini, ədalət tələb edirlər. Lakin şikayətlərə rəğmən, hökumət tərəfindən heç bir müvafiq addım atılmadığını görən əhali artıq ədalət tələb etməkdən bezib və bəyan edir ki, əslində inqilabdan bəri ölkədə dəyişən heç nə yoxdur - əvvəlki ədalətsizlik və məmur özbaşınalığı yenə də davam edir, sadəcə, bu dəfə yeni insanlar tərəfindən” – qəzet yazır.

Qeyd edək ki, Arşaluys sakinləri uzun müddətdir kənd icmasının rəhbəri Zarzanda Qriqoryanın istefaya getməsini tələb edirlər. Bir neçə gün əvvəl kənd sakinlərinin keçirdiyi aksiya zamanı polislə etirazçılar arasında ciddi qarşıdurma da yaşanmışdı.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti