8598 bakalavr ərizəsini təsdiqlədib

8598 bakalavr ərizəsini təsdiqlədib
  09 Fevral 2019    Oxunub:2497
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan edilmiş 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq üçün bakalavrların ərizə qəbulu fevralın 11-də yekunlaşacaq.
DİM-dən Azvision.az -a verilən məlumata görə, fevralın 9-na olan məlumata görə, magistraturaya qəbul imtahanında iştirak etmək üçün 8598 (Azərbaycan bölməsi - 7812; rus bölməsi -786) bakalavr ərizəsini təsdiqlədib. Bakalavrlardan ərizə qəbulu fevralın 1-dən başlayıb və internet vasitəsilə aparılır.

Qeyd edək ki, qəbul imtahanı mərkəzləşdirilmiş qaydada iki mərhələdə aparılacaq. İmtahanın birinci mərhələsi fevralın 24-də, ikinci mərhələsi isə mayın 26-da keçiriləcək. Birinci mərhələdə bakalavrların ümumi intellektinin (məntiqi təfəkkürünün) inkişaf səviyyəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların ixtisas fənləri üzrə bilikləri yoxlanılır. Birinci mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti