Çexiya hərbçilərini Əfqanıstandan çıxara bilər

Çexiya hərbçilərini Əfqanıstandan çıxara bilər
  09 Fevral 2019    Oxunub:1629
Çexiyanın müdafiə naziri Lubomir Metnar çexiyalı hərbçilərin Əfqanıstandan çıxarıla biləcəyini bəyan edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, nazir bu ehtimalın rəsmi Vaşinqtonun qəbul edəcəyi qərara bağlı olduğunu bildirib: "Amerika əsgərləri Əfqanıstanı tərk etsə, Çexiya da öz hərbçilərini bu ölkədən çıxaracaq" deyə, nazir bildirib.

Qeyd edək ki, Çexiya 2020-ci ilə qədər Əfqanıstandakı milli kontingentində şəxsi heyətin sayını 390 nəfərə çatdırmağı planlaşdırırdı.

Azvision.az






Teqlər: Çexiya   Əfqanıstan  





Xəbər lenti