Kiyevdə polisə hücum edilib, 40 nəfər zərərsizləşdirilib

 Kiyevdə polisə hücum edilib,  40 nəfər zərərsizləşdirilib
  10 Fevral 2019    Oxunub:2949
Paytaxt Kiyevdə polis bölməsinə hücum edən 40-a yaxın insan zərərsizləşdirilib.
Azvision.az AzərTac-a istinadən xəbər verir ki, bir qrup şəxs polis bölməsinin giriş qapısına hücum edərək qaz balonundan istifadə edib, polis əməkdaşları ilə əlbəyaxa olublar.

Saxlanılanlar üzərindən qaz balonları, soyuq silah götürülüb. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, hadisə baş verən zaman Kontraktova meydanında prezidentliyə namizəd Timoşenkonun təşviqat mitinqi keçirilirdi.

Azvision.az


Teqlər: Kiyev   Polis  





Xəbər lenti