İstanbulda uçan binada ölənlərin sayı 18-ə çatıb

İstanbulda uçan binada ölənlərin sayı 18-ə çatıb
  10 Fevral 2019    Oxunub:2201
İstanbulun Kartal rayonunda 8 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib. Nazir bildirib ki, hadisə ilə əlaqədar araşdırma başlayıb.

Ətraf Mühit və Şəhərsalma naziri Murad Kurum isə çökən binanın betonunda dəniz qumu olduğunu bildirərək, ətrafdakı binaların da çökmə riskinin olduğunu vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da İstanbulda yaşayış binası çöküb. Binadakı 14 mənzildə 43 nəfər qeydiyyatda olub. Uçqunun hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Azvision.az



Teqlər: İstanbul  





Xəbər lenti