Silah gücünə ucuzluq - FOTOLAR

Silah gücünə ucuzluq - FOTOLAR
  12 Noyabr 2013    Oxunub:1278
Venesuelada sosialist “işğalı”: Ordu mağazalara girərək malları demək olar ki, su qiymətinə satdırır.
Venesuela prezidenti Nikolas Maduro ölkədə baş alıb gedən iqtisadi böhranla bacar bilmir, odur ki, ən son tədbirlərə əl atıb. Bir müddət əvvəl o, orduya ölkədə məişət texnikası satan bir neçə ticarət şəbəkəsinə əl qoyaraq, avtomatın qundağı altında malları 25-10 % dəyərinə satdırmağı əmr edib. Sakinlər isə iş-güclərini ataraq kilometrlərlə uzanan növbələrə dayanıblar. Bütün bunlar “inflyasiya ilə mübarizə”devizi altında baş verir.

AzVision.az Venesuellada baş verənlərin fotolarını təqdim edir.

Səbinə Həsənova

Qalereya




Teqlər:  





Xəbər lenti