“Sarı jiletlilər”in etirazına 54 min nəfər qoşulub - VİDEO

  10 Fevral 2019    Oxunub : 1454
 “Sarı jiletlilər”in etirazına 54 min nəfər qoşulub - VİDEO
Ötən gün Fransada "sarı jiletlilər" hərəkatının keçirdiyi etiraz aksiyalarına 54 min nəfər qatılıb.

Azvision.az xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb. “Sarı jiletlilər” isə bunu təkzib edərək etirazlarda 110 min nəfərin iştirak etdiyini bildiriblər.


Qeyd edilib ki, Parisdəki aksiyada 31 nümayişçi dindirilib, onlardan 21-i saxlanılıb. Ölkə üzrə isə bütün etiraz aksiyalarında polislə ciddi qarşıdurma olub.



Azvision.az

Teqlər: Paris   Etiraz