İstanbulda binanın uçması nəticəsində ölü sayı 21-ə çatıb

İstanbulda binanın uçması nəticəsində ölü sayı 21-ə çatıb
  10 Fevral 2019    Oxunub:1547
İstanbulda binanın uçması nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, dağıntılar altından 14 nəfər xilas edilib.

Ehtimal edilir ki, uçqun zamanı binada 35 nəfər olub.

Xatırladaq ki, fevralın 6-da İstanbulda yaşayış binası çöküb. Binadakı 14 mənzildə 43 nəfər qeydiyyatda olub. Uçqunun hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Azvision.az



Teqlər: İstanbul   Uçqun   Bina  





Xəbər lenti