Türkiyədə antiterror əməliyyatı: 21 nəfər tutulub

   Türkiyədə antiterror əməliyyatı:  21 nəfər tutulub
  10 Fevral 2019    Oxunub:2514
Türkiyənin 13 vilayətində antiterror əməliyyatı keçirilib.
Azvision.az xəbər verir ki, əməliyyatlar əsasən, Trabzon, İstanbul, Ankara, Hatay, Giresun, Şırnak, Balıkəsir, Ərzurum, Osmaniyə, Kütahya, Samsun, Təkirdağ və Elazığda aparılıb.

Uğurlu əməliyyatlar nəticəsində FETÖ və PDY terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 21 nəfər saxlanılıb. Onların arasında yüksək rütbəli zabitlərin də olduğu bildirilir. Həmin şəxslərin kimliyi açıqlanmayıb.

Azvision.az



Teqlər: Türkiyə   Terror   Əməliyyat  





Xəbər lenti