Prezident Naxçıvanın vergi əməkdaşlarını təltif edib
Prezidentin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının vergilər naziri Azər İslam oğlu Nağıyevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib. Sultanova Sədaqət Ramiz qızı isə 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasında vergi sisteminin inkişafında xüsusi xidmətlərinə görə təltif ediliblər.
Azvision.az