İstanbulda 10 binanın sakinləri təxliyə olunub

   İstanbulda 10 binanın sakinləri təxliyə olunub
  10 Fevral 2019    Oxunub:2250
İstanbulun Kartal rayonunda çökən binanın ətrafındakı 10 binanın sakinləri təxliyə olunub.
Binaların tikintisi zamanı istifadə edilən nümunələrin araşdırılması zamanı tikililərin təməl betonunda çınqıl və dəniz qumuna rast gəlinib. Binaların tikintisində dəniz qumundan istifadə edildiyi ehtimal olunur. Faktla bağlı araşdırma davam edir.

Xatırladaq ki, fevralın 6-da İstanbulda yaşayış binası çöküb. Binadakı 14 mənzildə 43 nəfər qeydiyyatda olub. Uçqun nəticəsində 21 nəfər ölüb, 14 nəfər xilas edilib.

Azvision.az



Teqlər: İstanbul   Uçqun  





Xəbər lenti