100-ə yaxın insan saxta içkidən ölüb

100-ə yaxın insan saxta içkidən ölüb
  11 Fevral 2019    Oxunub:1732
Hindistanda üç gün ərzində saxta içkilərdən 97 nəfər ölüb.
Fevralın 7-də Ballupur kəndində bir neçə sakin dəfn mərasimində iştirak edərək alkoqollu içki qəbul edib. Sakinlər növbəti gün səhhətlərinin pisləşdiyini hiss ediblər.

Ölənlər haqqında ilk xəbər cümə günü daxil olub və bundan sonra hadisənin araşdırılmasına başlanılıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində 10 min litrdən çox qeyri-qanuni alkoqollu içki müsadirə edilib, 200-dən çox insan saxlanılıb.

Azvision.az



Teqlər: Hindistan  





Xəbər lenti