Ermənistanda daha bir məmur korrupsiyaya görə həbs edildi

 Ermənistanda daha bir məmur korrupsiyaya görə həbs edildi
  11 Fevral 2019    Oxunub:2138
Ermənistanın Tavuş əyalətinin Dilican şəhərindəki Sosial Yardım Agentliyinin rəhbəri korrupsiya cinayətinə görə həbs edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Sosial Yardım Agentliyinin rəhbəri 2016-2018-ci illər ərzində hər ay Dilican şəhər sakinlərindən mükafatlar və külli miqdarda rüşvət alaraq, onların adının hökumətin sosial yardım proqramına salınmasını təmin edib.

Daxil olan şikayətlər əsasında aparılan araşdırmalar zamanı əldə edilən korrupsiya faktları üzrə Agentliyinin rəhbərinə qarşı cinayət işi açılıb və barəsində həbs qətimkan qərarı çıxarılıb. Davam edən istintaq prosesi nəticəsində, həmçinin, daha 6 nəfərə qarşı da ittiham irəli sürülüb və ölkəni tərk etməmələri barədə göstəriş verilib. Onlardan 3-ü hökumətə saxta məlumatın ötürülməsində, digər 3-ü isə rüşvət verməkdə ittiham olunurlar.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Korrupsiya  





Xəbər lenti