İspaniya erkən seçkilərə gedir

   İspaniya erkən seçkilərə gedir
  11 Fevral 2019    Oxunub:1711
İspaniya baş naziri Pedro Sançez aprelin 14-də ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazırlaşır.
Azvision.az xəbər verir ki, bu barədə İspaniyanın “EFE” dövlət agentliyi hökumətdəki mənbələrinə istinadən bildirib. Lakin İspaniya hökuməti yayılan məlumatları hələlik şərh etməyib.

Baş nazirin erkən seçkilər elan etmək istəyinin səbəbi 2019-cu maliyyə ili üzrə büdcə qanun layihəsinin qəbulunda parlamentin aşağı palatasının dəstəyinə nail ola bilməməsidir. Bu səbəbdən də, palatanın 1/4-indən də az yerə sahib hakim Sosialistlər partiyasının 13 fevraldakı büdcə səsverməsini də uduzacağı ehtimal edilir. Çünki Kataloniya millətçiləri də daxil olmaqla, bəzi kiçik partiyalar qanun layihəsinin əlehinə səs verəcəklərini bildiriblər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Kataloniya   İspaniya  





Xəbər lenti