Bülent Arınc vəzifəsindən gedir

Bülent Arınc vəzifəsindən gedir
  13 Noyabr 2013    Oxunub:1346
Türkiyənin vitse-premyeri və hökumətin rəsmi təmsilçisi Bülənt Arınc öz postunu tərk edəcək. Məlumata görə, bu, qız və oğlan tələbələr üçün ayrıca yataqxanalar tikilməsi ilə bağlı hökumətdə yaranan fikir ayrılığının güclənməsi ilə əlaqədardır.
AzVision.az xəbər verir ki, bu barədə “Haberler” qəzeti hökumətdəki mənbələrə istinadən xəbər yayıb. Məlumata görə, Arıncın yerini başqa bir vitse-premyer - Bəkir Bozdaq tutacaq.

Bundan öncə “Milliyet” qəzeti baş nazir Rəcəb Tayib Ərdoğanla Arınc arasında ikinciyə istinadən fikir ayrılığının mövcud olması haqda yazmışdı. Arınc demişdi ki, baş nazir yataqxanaların bölünməsi məsələsi ətrafında situasiyaya özü aydınlıq gətirməlidir.

Xatırladaq ki, Türkiyə hüquq müdafiəçiləri və “Anadolu qadın hərəkatı” Ərdoğanı irəli sürdüyü təşəbbüsə görə məhkəməyə veriblər.


Teqlər:





Xəbər lenti