Millimizin yeni baş məşqçisi məlum oldu - FOTO

  11 Fevral 2019    Oxunub : 3157
 Millimizin yeni baş məşqçisi məlum oldu - FOTO
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Azvision.az xəbər verir ki, iclasda qəbul olunan qərara əsasən, xorvatiyalı mütəxəssis Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.
Yaxın günlərdə məşqçi ilə müqavilənin imzalanacağı bildirilib.



Bundan başqa, Milan Obradoviç Azərbaycan U-21, Samir Əliyev Azərbaycan U-19, Miloş Velebit Azərbaycan U-15, U-16 millilərinə baş məşqçi təyin edilib.

Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək.



Qeyd edək ki, məşqçilik karyerasına 2002-ci ildə ölkəsinin “Zaqreb” klubunda başlayan Yurçeviç daha sonra Zaqreb “Dinamo”su, Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” komanalarını çalışdırıb. O, 2006-2017-ci illərdə müvafiq olaraq Xorvatiya yığması, Moskva "Lokomotiv"i, "Beşiktaş" və "Vest Hem"də Slaven Biliçin köməkçisi olub. Yurçeviç solaraq, Zaqreb “Dinamo”sunu çalışdırıb. Ötən mövsümün sonuna 2 tur qalmış istefaya göndərilib.

Azvision.az

Teqlər: AFFA   Milli