“ABŞ qanunvericilərini eşitmək istəmirəm” - Tramp
“Biz bu divarı istənilən halda tikəcəyik. Onlar (demokratlar və respublikaçılar) deyirlər ki, (danışıqlarda) irəliləyiş var. Mən də dedim ki: gözləyin, Texasdakı insanlarımı görməyə getməliyəm və bu mövzu barədə eşitmək istəmirəm. Ona görə də, onlar “əhəmiyyətli irəliləyiş əldə olunub” deməklə nəyi nəzərdə tutduqlarını bilmirəm. Bəlkə, bu, yaxşı xəbərdir, kim bilir...” – Tramp vurğulayıb.
Bundan əvvəl xəbər yayılmışdı ki, 15 fevralda federal hökumətin işinin növbəti dəfə dayandırılmasına (“şatdaun”) imkan verməmək üçün demokratlar və respublikaçılar ABŞ-ın cənub sərhədlərinin təhlükəsizliyinin təmini məsələsində prinsipial razılığa gəliblər. Onlar Meksika ilə sərhəddə divarın inşası üçün Tramp administrasiyasının tələb etdiyi 5,7 milyard dollar əvəzinə büdcədən yalnız 1,4 milyard dollar əlavə vəsait ayrılmasını təklif edirlər. Lakin əgər Tramp qanunvericilərin bu təklifinin yer aldığı büdcə qanun layihəsini imzalamasa, onda qərarın qəbuluna nail olmaq üçün Konqressin hər iki palatası səslərin ən azı 2/3-ni təmin etməlidir.
Leyla Elbrusqızı
Azvision.az