Azərbaycan alimləri yeni velosiped ixtira ediblər

   Azərbaycan alimləri yeni velosiped ixtira ediblər
  12 Fevral 2019    Oxunub:3901
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov yeni tam ötürməli velosiped ixtira ediblər (Avrasiya Patent Təşkilatı - seriya nömrə: 030801).
İnstitutdan Azvision.az -a verilən məlumata görə, bu, Azərbaycanın ixtiraçı alimlərinin ikitəkərli tam ötürməli velosiped işlənməsi üzrə ilk işidir. Yeni velosipeddə arxa və qabaq təkərlərin hər biri ayrı-ayrılıqda və eyni zamanda, aparıcı təkər funksiyasını icra edə bilir.

Öz sinfində (tam ötürməli velosipedlər) yeni texniki göstəricilərin cəmləşdiyi velosiped şəraitdən asılı olaraq həm tam ötürməli, həm də düz yol şəraitində ən yüksək nəticələrə və sürətə malik adi ötürməli idman velosipedi kimi istifadə edilə bilər.

Azvision.az


Teqlər: AMEA   Velosiped  





Xəbər lenti