Evlənmək istəyən 1737 nəfərdə sifilis aşkar edilib

  Evlənmək istəyən 1737 nəfərdə sifilis aşkar edilib
  12 Fevral 2019    Oxunub:3561
Cari ilin yanvar ayı ərzində nikaha daxil olmaq istəyən 9779 şəxs icbari tibbi müayinədən keçib.

Bu barədə Azvision.az -a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya Transfuziologiya İnstitutun talassemiyanın profilaktikası şöbəsinin müdiri Aysel Ərdoğan məlumat verib.
Şöbə müdiri bildirib ki, həmin şəxslərin 277 nəfərində talassemiya daşıyıcılığı olduğu müəyyən edilib: “Müayinədən keçən bir cütlükdə talassemiya daşıyıcılığı aşkar olunub. 9 nəfərdə sifilis, 4 nəfərdə isə HİV aşkarlanıb. 2016-2019-cu illərdə 5053370 nəfər icbari tibbi müayinədən keçib. Onlardan 18512 nəfərdə talassemiya daşıyıcılığı, 1737 nəfərdə sifilis, 459 nəfərdə HİV aşkar edilib. Cütlüklərdən yalnız 190-da talassemiya daşıcılığı müəyyən olunub”.

A.Ərdoğan qeyd edib ki, talassemiya daşıyıcılığı aşkar edilən və ailə həyatı quran cütlüklərdən bu günə qədər 111 nəfər molekulyar genetik analiz üçün müraciət edib. “Götürülən dölyanı mayenin müayinəsi nəticəsində uşaqların 24-ü xəstə, 25-i sağlam, 62-də isə daşıyıcılıq aşkar edilib. Xəstə dölləri olan qadınlar hamiləliyi sonlandırıb”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Talassemiya   Evlənmək   Ailə   Xəstəlik  





Xəbər lenti