Koçaryan barəsində əlavə cinayət işi açıldı

  12 Fevral 2019    Oxunub : 1206
 Koçaryan barəsində əlavə cinayət işi açıldı
Ermənistanın sabiq prezidenti Robert Koçaryana qarşı yeni ittiham irəli sürülüb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən iş adamı Silva Ambartsumyanın şikayəti əsasında Koçaryana “külli miqdarda rüşvət alma” maddəsi ilə cinayət işi açılıb.
Ambartsumyan 2008-ci ildə ərəblərlə iş qurmasına mane olmamaq üçün sabiq prezidentə rüşvət verdiyini deyib. Qarşı tərəf isə bu iddiaları rədd edib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Robert Koçaryan 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın konstitusiya quruluşunu devirməkdə təqsirli bilinərək həbs olunub.

Azvision.az

Teqlər: Koçaryan