OPEC+ ölkələrinin “Alyans”ı yaradıla bilər

OPEC+ ölkələrinin “Alyans”ı yaradıla bilər
  13 Fevral 2019    Oxunub:1612
Rusiya prezidenti Vladimir Putin OPEC+ ölkələrinin daha sabit və yeni strukturunun yaradılması təşəbbüsü ətrafında müzakirələr aparıb.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Onun sözlərinə görə, Putin bu məsələni “G20” ölkələrinin sammiti çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla müzakirə edib.

“Bu məsələ digər beynəlxalq tərəfdaşlarla aparılan müzakirələrdə də bəyənilib. Prezident Putin neftin qiymətləri üzrə dünya bazarında vəziyyətin sabitləşməsi üçün bu addımın səmərəli olacağını qeyd edib”, - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, bu yaxınlarda OPEC+ ölkələri məsləhətləşmələri davam etdirmək və nəticə əldə etmək məqsədilə “Alyans” adlanacaq yeni strukturun yaradılmasını müzakirə edəcəklər.

Azvision.az



Teqlər: Peskov   OPEK  





Xəbər lenti