ABŞ Dövlət Departamenti İrana yönələn sanksiyalara qarşıdır

ABŞ Dövlət Departamenti İrana yönələn sanksiyalara qarşıdır
  13 Noyabr 2013    Oxunub:1382
ABŞ dövlət katibi Con Kerri Konqress tərəfindən İrana qarşı yeni sanksiyaların tətbiq olunmasını “səhv” adlandırıb.
AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bəyan edib.

Qeyd edək ki, İran və “altılıq” ölkələri beynəlxalq və ikitərəfli sanksiyaların yumşaldılması müqabilində nüvə proqramının dayandırılmasına dair danışıqlar aparır.

Bundan əvvəl hər iki partiyadan olan senatorlar Cenevrədə keçirilən danışıqların uğursuz olacağı təqdirdə İrana qarşı yeni sanksiyalar tətbiq etməyi təklif ediblər.

“Biz sanksiyaları İrandakı rejimi məsuliyyətə cəlb etmək və vəziyyəti indiki məqama çatdırmaq məqsədi ilə tətbiq etdik”, deyə Psaki vurğulayıb. “Biz bu yolun uğurlu olacağının bilmirik, lakin diplomatiyanı sınamaq vacibdir”, deyə o əlavə edib.


Teqlər:  





Xəbər lenti