İran ABŞ-la danışıqlara hazırdır

  13 Fevral 2019    Oxunub : 640
 İran ABŞ-la danışıqlara hazırdır
İran İslam Respublikası qarşılıqlı hörmət çərçivəsində Vaşinqtonla müzakirələrə hazırdır. Azvision.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani nazirlər kabinetinin iclasında deyib.
Bildirib ki, ABŞ-ın iqtisadi sanksiyaları İran xalqına qarşı təzyiq məqsədi daşıyır və Tehran bu cür təzyiqlərə boyun əyməyəcək. Lakin əgər Vaşinqton obyektiv danışıqlar aparmağa hazırdırsa, Tehran müzakirələrə açıqdır.

İran heç vaxt məcburiyyət, təzyiq və milli maraqlarına hörmətsizliyi qəbul etməyəcək. İran xalqı bir daha öz ləyaqəti, müstəqilliyi və nüfuzunu qoruyacaq və düşmənə təslim olmağı rədd edəcək. Çünki təslimin sonu olmur. Əgər xalqımız ABŞ-a təslim olsa, onda həmişəlik güzəştlər etməlidir. Bu isə ölkəmizdən, şərəfimiz, müstəqilliyimiz və kimliyimizdən imtina deməkdir. Amma biz həm də dialoq, söhbətləşmək tərəfdarıyıq. Əgər kimsə beynəlxalq hüquq və qaydalara hörmət əsasında hansısa konkret məsələ ilə bağlı bizimlə danışmaq və dialoq aparmaq istəyirsə, biz də müzakirələrə hazırıq” – Ruhani vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: İran   ABŞ