Dövlət qulluğu üzrə ümumi müsahibə başlayır

  13 Fevral 2019    Oxunub : 676
Dövlət qulluğu üzrə ümumi müsahibə başlayır
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 4-də elan edilmiş altı dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibənın vaxtı müəyyənləşib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, namizədlərlə müsahibələr fevralın 14-dən 22-dək aparılacaq. Ümumi müsahibədə iştirak etmək üçün ərizə qəbulu yekunlaşıb və 89 nəfərin müraciəti qeydə alınıb.

Xatırladaq ki, müsahibəyə 40 vakant vəzifə çıxarılıb. DİM tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilib.

Azvision.az

Teqlər: DİM   Müsahibə