Bolqarıstan mətbuatı Bakıdan yazdı
Yazıda həmçinin Azərbaycanın yürütdüyü uğurlu xarici siyasətdən, bəşəriyyətin tərəqqisi naminə beynəlxalq əməkdaşlığın genişləndirilməsindən söz açılır.
Bildirilir ki, Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlərdən biri də müasir dünyamız üçün vacib məsələlərin müzakirə olunduğu Bakı Beynəlxalq Humanitar Forumudur.
Müəllif yazır ki, Forumun açılışında nitq söyləyən Prezident İlham Əliyev müxtəlif xalqların humanitar sahədə əməkdaşlığından, vətəndaş cəmiyyətinin formalaşmasından, millətlərarası münasibətlərin müsbət istiqamətdə inkişafından, multikulturalizmin Azərbaycanda dövlət siyasəti olmasından bəhs edib.
Bundan başqa, məqalədə Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakıda Davos Ümumdünya İqtisadi Forumunun, Madrid Klubunun toplantısının keçirilməsindən və bu tədbirlərdə sabiq prezidentlərin, baş nazirlərin, Nobel mükafatı laureatlarının və digər tanınmış şəxslərin iştiraklarından bəhs edilir.
Müəllif məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunur. Bildirilir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuşdur. Bu işğal faktı 20 ildən artıqdır ki, davam edir və problemin həlli istiqamətində danışıqlar hələ ki, heç bir nəticə vermir. Rəsmi Yerevan BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymur.
Lyubomir Mixaylov Forum çərçivəsində keçirilən “dəyirmi masa”larda müzakirə olunan məsələlərin önəmini qeyd edir, tədbir iştirakçılarının Azərbaycanın gözəl bölgələrinə də səfər etmələrini vurğulayır.
AzVision.az
Teqlər: