Dövlət qulluğu üzrə ümumi müsahibə başlayıb

  14 Fevral 2019    Oxunub : 744
Dövlət qulluğu üzrə ümumi müsahibə başlayıb
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 4-də elan edilmiş altı dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibə başlayıb.
DİM-dən Azvision.az -a verilən məlumata görə, namizədlərlə müsahibələr fevralın 22-dək aparılacaq. Ümumi müsahibədə iştirak etmək üçün 89 nəfərin müraciəti qeydə alınıb.

Xatırladaq ki, müsahibəyə 40 vakant vəzifə çıxarılıb. DİM tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilib.

Azvision.az

Teqlər: DİM