60-dan çox hərbi qulluqçu zəhərlənib

60-dan çox hərbi qulluqçu zəhərlənib
  13 Noyabr 2013    Oxunub:1187
Gürcüstanda 61 hərbi qulluqçu mədə ağrısı ilə həkimə müraciət edib
Gürcüstanda növbəti kütləvi zəhərlənmə faktı orduda qeydə alınıb. Ölkənin şərqində yerləşən Osiauri hərbi bazasından 61 hərbi qulluqçu mədə ağrısı ilə həkimə müraciət edib.

Fakt üzrə hərbi polis tərəfindən cinayət işi açılıb.

İstintaqın ilkin mərhələsində müəyyən edilib ki, hadisə aşpazın səhlənkarlığı ucbatından baş verib. Aşpazın artıq işdən çıxarıldığı bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti