Erməni general dövlətin 1 milyarddan çox pulunu “yeyib”
Qeyd olunub ki, açılan cinayət işi çərçivəsində aparılan ilkin istintaq nəticəsində əldə olunan faktlar üzrə Qriqoryan külli miqdarda silah və döyüş sursatının qanunsuz saxlanılmasında, 1 milyard 228 milyon dram məbləğində vergidən yayınmada, 101 milyon 232 min dəyərində əmlakın və dövlətin 1 milyard 225 milyon dram vəsaitini qanunsuz şəkildə mənimsəməkdə, həmçinin, şantaj yolu ilə 37 milyon 101 min dəyərində mülkiyyətə sahiblənməkdə ittiham olunur.
İstintaq nəticəsində sabiq müdafiə nazirinin müavininə qarşı ittihamların sayı artmaqla yanaşı, onun həyat yoldaşı Nazik Amiryana qarşı da ittiham irəli sürülüb.
Ermənistan Xüsusi İstintaq Xidmətindən bildirilib ki, Manvel Qriqoryan və xanımına qarşı başladılan cinayət işi baxılması və müvafiq cəza qərarının çıxarılması üçün məhkəməyə göndəriləcək.
Manvel Qriqoryanın oğlu Arman Qriqoryan isə axtarışa verilib.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Ermənistan İstintaq