“Vətəndaşlara verilən heyvanın qiyməti 1400 manat civarındadır” - Nazir
Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.
Nazir vurğulayıb ki, məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyənlər də olub.
"Araşdırma zamanı proqrama yazılan bəzi şəxslərin aztəminatlı olmadığı, imkanı olduğu məlum olub. 800-ə yaxın belə məşğulluq proqramına uyğun olmayan şəxs siyahıdan çıxarılıb. Belə şəxslərin böyük əksəriyyəti mətbuata müxtəlif iddialarla çıxıb".
S.Babayev qeyd edib ki, keyfiyyəti aşağı olan heyvanları ailəyə təqdim edən məşğulluq mərkəzlərinin nümayəndələri barədə inzibati tənbeh tədbirləri görülüb: "Bütün dəyişdirilən heyvanların sayı 170-ə yaxın olub".
Aytən Zəhra
Azvision.az