“Andlılar məhkəməsi” ilə bağlı dinləmə keçiriləcək

“Andlılar məhkəməsi”  ilə bağlı dinləmə keçiriləcək
  13 Noyabr 2013    Oxunub:1772
“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi noyabrın 25-də “Andlılar məhkəməsi - Azərbaycan təcrübəsində ” adlı dəyirmi masa keçirəcək.
Birlikdən verilən məlumata görə, tədbirdə “Andlılar məhkəməsi beynəlxalq təcrübə- Azərbaycan” adlı kitab da təqdim olunacaq. Kitabda 30-a yaxın ölkənin andlı məhkəmələri ilə bağlı təcrübəsi, təkminləşmə dövrü, qanunvericiliyi barədə məlumatlar əks olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Andlılar Məhkəməsinin yaradılması ilə bağlı beynəlxalq təcrübə və vətəndaş cəmiyyəti ilə qanunverici orqanın dialoqunun təşkili məqsədilə ictimai müzakirənin keçirilməsi” layihəsi çərçivəsində reallaşacaq dəyirmi masada millət vəkilləri, diplomatlar, vətəndaş cəmiyyəti və medianın iştirakı nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti