Bakı şəhəri üzrə pensiyaların verilməsinə başlanılıb

  Bakı şəhəri üzrə pensiyaların verilməsinə başlanılıb
  14 Fevral 2019    Oxunub:3881
“Əmək pensiyalarının ötən il üzrə orta aylıq nominal əmək haqqına uyğun indeksasiyası ilə bağlı ciddi iş aparılır. Prosedur kifayət qədər vaxt tutumludur”
Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, 1 milyon 300 min insanın hər birinin şəxsi sənədində bu rəqəmlər işlənməlidir.

"Onların böyük qismində bu rəqəmlər elektron şəkildə işlənilir. Amma bəzi spesifik sahələrdə (bunlar hərbi qulluçulara və digrlərinə aiddir) məxfiliyi nəzərə alaraq, kağız üzərində iş gedir. Proses artıq yekunlaşıb. Qrafikdə ilk mərhələdə Naxçıvan və Bakıdır. İki gün öncədən başlayaraq Naxçıvanda pensiyalar artımla verilib. Artıq Bakı şəhəri üzrə ödənişlərə başlanılıb. Ondan sonra digər rayonlarda həyata keçiriləcək".

Qeyd edək ki, Prezident İlham Əliyevin 7 fevral sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi həyata keçirilir. Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşılıb ki, 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin yanvar ayının 1-ə bütün növ əmək pensiyalarının sığorta hissəsi artırılsın.

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN   Pensiya  





Xəbər lenti