Rəsmi Moskva: “Türkiyə Əsəddən icazə almalıdır...”

   Rəsmi Moskva:  “Türkiyə Əsəddən icazə almalıdır...”
  14 Fevral 2019    Oxunub:1564
Prezident Bəşər Əsədin razılığı olmadan Türkiyənin Suriyada təhlükəsiz zona yaratmaq haqqı yoxdur.

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu gün Suriya üzrə Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli sammiti başlamazdan əvvəl Rusiya Xarici İşlər Nazirliyiin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bu cür bəyanatla çıxış edib.
Türkiyənin Suriyada təhlükəsiz zona yaratmaq istəyilə bağlı sualı cavablandıran Zaxarova vurğulayıb ki, Suriya sərhədləri daxilində Ankaranın hər hansı bir təhlükəsizlik zonası yaratması üçün ilk növbədə, Əsədin "yaşıl işıq" yandırması lazımdır.

“Suveren bir dövlətin, xüsusən də Suriyanın ərazisində üçüncü bir ölkənin rəhbərliyi altında fəaliyyət göstərən hərbi kontingentin mövcudluğu məsələsilə bağlı birbaşa olaraq rəsmi Dəməşq tərəfindən qərar verilməlidir. Bu, bizim başlıca mövqeyimizdir”, – Zaxarova bildirib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Türkiyə   Rusiya  





Xəbər lenti