Belçikanın əks-kəşfiyyat rəhbəri Rusiya casusu çıxdı

  14 Fevral 2019    Oxunub : 1262
 Belçikanın əks-kəşfiyyat rəhbəri Rusiya casusu çıxdı
Belçikanın hərbi əks-kəşfiyyat xidmətinin rəhbəri Klement Vandenborre Rusiyaya casusluq etməkdə şübhəli bilinərək tutduğu vəzifədən müvəqqəti uzaqlaşdırılıb və hazırda ev dustaqlığında saxlanılır.
Azvision.az xəbər verir ki, bu barədə “De Morgen” qəzeti bir neçə etibarlı mənbəyə istinadən yazıb.

Qeyd olunur ki, Vandenborrenin işdən kənarlaşdırılması barədə qərar məxfiliklə bağlı çoxsaylı insidentlərdən sonra qəbul edilib. Lakin Rusiyaya casusluq etdiyi dəqiqləşməsə də, hazırda onun konkret bir faktla – məxfi sənədlərin xüsusi yolla məhv edilməsi prosedurunu pozaraq, sadəcə, şrederdən (kağız doğrayan maşın) istifadə etməsinə görə iftiham olunduğu bildirilir. Lakin hərbi əks-kəşfiyyat xidmətinin rəhbəri ittihamları rədd edir.

Qəzetin mənbələri istisna etmir ki, Vandenborrenin vəzifədən uzaqlaşdırılması Belçikanın İnformasiya və Təhlükəsizlik Baş Xidməti daxilində kəşfiyyat və əks-kəşfiyyat departamentləri arasında gedən hakimiyyət davasının, həmçinin, Vandenborrenin 40 ildir ki kəşfiyyatda işləməsindən məmnun olmayan gənc kadrların xidmətdə yüksəlmək ambisiyalarının nəticəsidir. Çünki onun Rusiya ilə bağlılığına dair hələlik konkret faktlar tapılmayıb.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Belçika   Rusiya   Kəşfiyyat